Bakı Qızlar Universitetinin təşkilatçılığı ilə keçirilmiş II Beynəlxalq Türk və Dünya Qadın Araşdırmaları Konfransında Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dos. Əli Fərhadov "Cənubi Azərbaycanın qadın şairləri və qadın məsələsi (1940-cı illər "Kommunist" qəzetinin səhifələrində)" adlı məruzə ilə çıxış edib (onlayn). Verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.
Konfrans materiallarının nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.