Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə "M.Ə.Rəsulzadə - 140" adlı elmi seminar keçirilib. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçiləri - t.ü.f.d., dos. Bəhmən Kərimov "M.Ə.Rəsulzadə Lənkəranda", t.ü.f.d., dos. Əli Fərhadov "M.Ə.Rəsulzadənin yaradıcılığında milli və dini məsələlərə dair" mövzusunda məruzə ilə çıxış ediblər. Verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.
Seminarda muzeyin əməkdaşları, müxtəlif ali məktəblərin tələbələri iştirak ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.