Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı xeyriyyə tədbiri - interaktiv dərs keçirilib. H.Z.Tağıyevin ev muzeyində keçirilən interaktiv dərsdə 8 nömrəli Sanatoriya tipli internat məktəbinin gəncləri iştirak edib.
İki hissədən ibarət olan dərsin birinci hissəsində şagirdlərə H.Z.Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub, onun həyat və fəaliyyətindən bəhs edilib. Dərsin ikinci hissəsində isə intellektual oyun təşkil olunub.
Sonda Milli Azərbaycan Tarixi Muzeyi adından internat məktəbinin gənclərinə hədiyyələr təqdim edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.