Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında elmi və tarixi əhəmiyyətinə görə nadir kitab nümunələri qorunur. Bu nümunələr arasında məşhur şərqşünas, türkoloq-alim İlya Nikolayeviç Berezinin (1818-1896) «Библиотека Восточных историков. Сборник летописей. Татарский текст. (Şərq tarixçilərinin kitabxanası. Salnamələr toplusu. Tatar mətni)» adlı kitabını təqdim edirik. Qeyd edək ki, rus çarı Boris Fyodoroviç Qodunovun dövründə (1598-1605) tərtib edilmiş yeganə nüsxəsi Qazan Universitetinin kitabxanasında qorunan monqol və türk tayfalarının tarixindən bəhs edən tatar salnaməsi İlya Nikolayeviç Berezinin tərəfindən kitab halına salınmış və 1854-cü ildə nəşr olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.