Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun müdiri, t.ü.f.d.,dos. Afət Rüstəmbəyova Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan milli geyimləri” adlı təlimdə iştirak edib. Təlim zamanı A.Rüstəmbəyova fotoslaydın müşayiəti ilə muzeyin Etnoqrafiya fondunda qorunan milli geyim kolleksiyasını təqdim edib. A.Rüstəmbəyova XIX- XX əsrlərdə Azərbaycanın ənənəvi kişi və qadın geyimlərinin özəllikləri, o cümlədən müxtəlif regionlarımıza xas olan milli geyim nümunələrinin forma və fərqli biçim tərzləri haqqında ətraflı məlumat verib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.