XƏBƏRLƏR
19 Fevral, 2024
Azərbaycanda Son Tunc və İlk Dəmir dövrünə aid dəfn abidələri axirət dünyası ilə bağlı bir çox cəhətləri aydın göstərir
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasından Azərbaycan ərazisində Son Tunc və İlk Dəmir dövrünü əhatə edən vitrini təqdim edirik. Bu arxeoloji tapıntılar həmin dövrdə yaşamış tayfaların mənəvi mədəniyyəti, o cümlədən axirət dünyası ilə bağlı inancları, dəfn mərasimi və adətləri haqqında mühakimə yürütməyə imkan verir. Son Tunc və İlk Dəmir dövründə yaşayan tayfaların ideologiyasında heyvanlara pərəstiş müəyyən yer tuturdu. Vitrində yer alan zoomorf tipli eksponatlar qeyd olunan dövrdə heyvana pərəstişin əlamətlərini özündə ehtiva edir. Bəzən verilən heyvan obrazlarında və simvolik işarələrdə həmin dövr əhalisinin üç aləm - Səma, Yer və Su haqqında təsəvvürləri əks olunur. Gil qablarda verilmiş müxtəlif səma cisimləri isə astral inancları özündə təcəssüm etdirir. Arxeoloji tapıntılarda astral təsvirlərin olması qədim əhalinin ideologiyasında Günəşə pərəstişin böyük əhəmiyyət daşıdığını təsdiq edir.
Qeyd edək ki, Son Tunc və İlk Dəmir dövrünə aid dəfn abidələri axirət dünyası ilə bağlı bir çox cəhətləri aydın göstərir. Azərbaycanın son tunc-erkən dəmir dövrü qəbirlərin bəzilərində rast gəlinən maddi mədəniyyət nümunələrindən birini də çəkmə formalı qablar təşkil edir. Çəkmə formalı gil qablar Mingəçevirdə torpaq qəbirdən aşkar olunmuşdur. Maraqlıdır ki, bu cür qablara yalnız qəbirlərdə rast gəlinir. Tədqiqatçılar bunu dəfn ayini sayır, ölünü «o biri dünyaya» yola salmaq və ona «yaxşı yol» arzulamaq məqsədi daşıdığını güman edirlər. Beləliklə, Azərbaycanın Son Tunc və İlk Dəmir dövrü abidələri qəbilələrin mənəvi mədəniyyətinin və ideoloji aləminin müxtəlif sahələrini detallı təsvir edir. Təqdim olunmuş bu dəyərli eksponatlar ümumilikdə bu dövr yerli əhalinin inkişaf tarixində mühüm bir mərhələni, yeni ictimai quruluşa keçid ərəfəsini bütün dolğunluğu ilə əks etdirir.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.