Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasından 121 il ötür. Azərbaycanın ədəbi tənqid və ədəbiyyatşünaslığının təməlini qoymuş alimlərdən biri olan M.A.Dadaşzadə iki dəfə “Qırmızı əmək bayrağı” ordeni və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif edilib eyni zamanda, Dövlət mükafatı laureatı olub.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda akademik Məmməd Arif Dadaşzadəyə aid materillar qorunur (fotoşəkil, təbrik məktubu).
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.