Vətən Müharibəsi şəhidi Asəf Nəsibovun doğum günündən 30 il ötür. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Asəf Səfəralı oğlu Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Asəf Səfərov Qaymaqlı rayonu tam orta məktəbində təhsil alıb. 2011-2015-ci il tarixlərində Azərbaycan Dövlət Neft Akademiyasında Kimya mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib. Asəf Nəsibov Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən Müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və 29 oktyabrda şəhid olub. Şəhid Asəf Nəsibov 31 oktyabrda Qazax rayonunun Qaymaqlı kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Asəf Nəsibov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Asəf Nəsibova aid iki ədəd fotoşəkil və qol saatı qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.