Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları- Qənirə Qafarlı və Kubra Dadaşova tərəfindən Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə "Əsrin faciəsi-Xocalı" adlı interaktiv dərs keçirilib. Dərs zamanı Q.Qafarlı Xocalının qədim tarixi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Q.Qafarlı bildirib ki, "bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, yerli sakinlər vəhşicəsinə qətlə yetirilib, itkin düşüb. İllər ötsədə Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək". Q.Qafarlı Xocalı faciəsi ilə bağlı məlumat verdikdən sonra xatırladıb ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı.
Sonda interaktiv dərs metodlarına uyğun olaraq BİBÖ cədvəlindən istifadə etməklə şagirdlərlə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.