Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dos. Əli Fərhadovun "1940-cı illərin sovet mətbuatında İran Azərbaycanına baxış" adlı (ingilis dilində) məqaləsi "Reconstructing the Past: Journal of Historical Studies" adlı beynəlxalq elmi jurnalda (Bakı, 2024, no.1, s.66-80) dərc olunub. Məqalədə dövrün sovet mətbuatı - "Pravda", "Kommunist" və s. qəzetlər əsasında dövrün Cənubi Azərbaycan ziyalıları, ictimai-siyasi, sosial-iqtisadi, dini problemlər, milli mədəniyyət məsələləri, şah rejiminə qarşı mübarizə haqqında ətraflı məlumat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.