XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
15 Mart, 2024
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri və Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi muzeyin yeni ekspozisiyası ilə tanış olub

Milli Azərbaycan Tarixi Muzeyində Çin Xalq Respublikasının ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri xanım Qo Min, Səfirliyin attaşesi Yan Şisue və Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi U Xunbo ilə görüş keçirilib. Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Söhbət zamanı Azərbaycan-Çin mədəni-tarixi əlaqələri və hər iki ölkənin muzeyləri arasında səmərəli əməkdaşlıq layihələri haqqında söhbət aparılıb.

Sonra qonaqlara muzeyin yeni açılacaq ekspozisiyası ilə yaxından tanışlıq zamanı Azərbaycanın və Çinin tarixini, mədəniyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Daha sonra məşhur xeyriyyəçi, mesenat H.Z.Tağıyevin ev-muzeyinə ekskursiya edilib. Sonda Səfir məmnunluğunu bildirərək, muzeyin rəhbərliyi ilə xoş təəssüratlarını bölüşüb.

Səmimi söhbətdən sonra Səfirə və Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsinə muzeyin zəngin kolleksiyasına həsr olunmuş nəşrləri hədiyyə olunub və xatirə fotosu çəkilib.