Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin tədqiqinə dəyərli elmi töhfələr vermiş, tarixçi-alim, akademik İqrar Əliyevin 100 illiyinə həsr olunmuş «Юго-запад Прикаспия в Древности и в Эпоху Средневековья» (“Cənub-Qərbi Xəzər Bölgəsi Qədimdə və Orta əsrlərdə”. İqrar Əliyev.Qoşqar Qoşqarlı) adlı kitabın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən və akademik İqrar Əliyevin Azərbaycan tarix elminin inkişafındakı xidmətlərindən danışıb.
Sonra sözügedən kitabın tərtibçisi t.ü.f.d. Qoşqar Qoşqarlı 1986-1992-ci illər ərzində apardıqları arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş çoxsaylı artefaktların elmi təhlilinin nəticəsi olaraq ərsəyə gələn kitabda qeyd olunan maraqlı məqamları qonaqların diqqətinə çatdırıb. Q.Qoşqarlı, həmçinin qeyd edib ki, “əsərdə son tunc-erkən dəmir dövrlərində Muğan düzü, Lənkəran ovalığı və Talış dağlarının maddi mədəniyyətinin ümumiliyi haqqında elmi sübutlar verilir. Kitabda Azərbaycanın cənub-şərq zonasının son paleolit dövründən son orta əsrlərə qədər bütün arxeoloji abidələri nəzərə alınmışdır ki, bu da həmin zonanın göstərilən dövrdə müfəssəl arxeoloji xəritəsini yaratmağa imkan yaradır. Kitabda Lerik rayonunun Buzeyir kəndi yaxınlığındakı ibtidai insanın mağara yerlərindən, talış xalqının etnik tarixi baxımından mühüm rolu olmuş irandilli tayfaların miqrasiya məsələsindən də bəhs edilir”.
Daha sonra akademik İqrar Əliyevin tələbəsi olmuş t.ü.f.d. Nigar Maksvell alimlə bağlı öz xatirələrini bölüşüb.
Sonda müxtəlif müəssisələrdən olan elm adamları və ictimaiyyət nümayəndələri akademik İqrar Əliyevin əziz xatirəsinə, 100 illiyinə həsr olunmuş kitabın ərsəyə gəlmə təşəbbüsünü yüksək qiymətləndirərək, alimin elmi fəaliyyəti haqqında çıxış edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.