Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramına həsr olunmuş “Novruz görüşləri” adlı növbəti ustad dərsi keçirilib. Tədbirdə Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin şagirdləri iştirak edib.
Şagirdlərə gips fiqur üzərində Novruz atributları rənglənməsi və kağız üzərində aplikasiya qurmaq qaydası öyrədilib, face art proqramı keçirilib.
Sonra şagirdlər kəndir dartma oyunu, Novruz şənliklərinin əsas personajlarından olan Kosa, Keçəl ilə "yumurta döyüşü" oyunu oynayıblar və onların ifasında əyləncə proqramını izləyiblər.
Sonda H.Z.Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.