Bu ilin fevralın 20-dən başlayaraq Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda Vürzburq Universitetinin professoru Dr. Martin Gruberin rəhbərliyi altında alman mütəxəssislərinin iştirakı ilə elmi-tədqiqat layihəsi çərçivəsində tədqiqat işləri həyata keçirilib. Gerda Henkel Stiftung tərəfindən maliyyələşdirilən, həmçinin 2022 və 2023-cü illərdə də aparılmış bu tədqiqatlarda professorun tələbələri Lukas Karbax və Sena Baskın da yaxından iştirak ediblər. Tədqiqatın məqsədi Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid Mingəçevir tapıntılarını yenidən araşdırmaq, tipoloji və xronoloji kateqoriyalar üzrə qruplaşdırmaqdır. Alman mütəxəssislər əvvəlki illərdə olduğu kimi Mingəçevir tapıntılarının qrafik rəsmini və fotoşəkillərini çəkməklə, onlara aid zəruri məlumatları qeydə alıblar. 2024-cü ildə başlanılmış araşdırmalar martın 19-da yekunlaşıb. Layihə öz işini növbəti illərdə də davam etdirəcək.
Yekunda bu tədqiqatdan əldə olunmuş nəticələr kitab şəklində nəşr olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.