Milli Azərbaycan Tarixi Muzeyində Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 106-cı ildönümünə həsr olunmuş “1918-ci il soyqırımı hadisələri Belarus əsilli fotoqraf Lev Doşkeviçin gözü ilə” adlı sərgi keçirilir.
Sərgidə Azərbaycan Cümhuriyyəti dövründə soyqırımı faktlarının araşdırılması məqsədi ilə yaradılmış fövqəladə istintaq komissiyasının tərkibində fotoqraf, ekspert kimi fəaliyyət göstərən Belarus əsilli Lev Doşkeviç tərəfindən çəkilmiş fotolar və 1918-ci ildə Azərbaycan torpaqlarında baş vermiş soyqırımlarını əks etdirən albom, kitab və bukletlər nümayiş olunur.
Qeyd edək ki, sərgi 30 mart 2024-cü il tarixinədək davam edəcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.