Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı Sərəncamına əsasən tədbirlər planı çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Yaşıl dünya” adlı layihəyə start verilib.
Tədbirdə Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri iştirak edib.
İki hissədən ibarət olan dərsin birinci hissəsində muzeyin Xüsusi fondunun müdiri t.ü.f.d., dosent Afət Rüstəmbəyova şagirdlərə məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyinə ekskursiya aparıb və böyük messenatın həyat və fəaliyyətindən bəhs edib. Eyni zamanda, şagirdlərə muzeyin yerləşdiyi binanın interyeri və eksteryeri haqqında ətraflı məlumat verib.
A.Rüstəmbəyova H.Z.Tağıyevin təşəbbüsü ilə açılan Mərdəkan bağçılıq məktəbi və onun Bakının ekologiyasının abadlaşdırılması istiqamətində gördüyü işlərdən danışıb.
Sonra uşaqlara ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və genişləndirilməsi haqqında maarifləndirici informasiya verib.
Dərsin ikinci, praktiki hissəsində şagirdlər çiçək formasında olan gips fiqurların rənglənməsi üzrə ustad dərsi keçirilib.
Sonda şagirdlər üçün interaktiv oyunlar təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.