Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında Sərəncamına əsasən AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Füzuli və Şərq folkloru” adlı Respublika Konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun böyük elmi işçisi, t.ü.f.d Aygün Məmmədova “Məhəmməd Füzuliyə həsr edilmiş faleristik və numizmatik materiallar” mövzusunda məruzə edib (həmmüəllif: t.ü.f.d., dosent Qasımova Sənubər ). Məruzədə Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan məşhur mütəfəkkirin xatirəsinə həsr edilmiş stolüstü medal və sikkələr (qızıl və gümüş) haqqında ətraflı məlumat verib və bu sahə ilə əlaqədar problemlər vurğulanıb.
Məruzələrin çap edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.