Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası ziyarətçilərin ixtiyarına verilib. Qeyd edək ki, iki mərtəbəni əhatə edən yeni ekspozisiya ictimaiyyətin, yerli və xarici turistlərin böyük marağına səbəb olub.
Ekspozisiyanın ilk ziyarətçilərinin fotolarını təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.