"Azərxalça" yaradıcı mərkəzində ICOM- Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin Rəyasət heyətinin iclası keçirilib. İclasda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova iştirak edib.
Görüş zamanı gündəlikdə olan məsələlər müzakirə edilib və 18 May-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.