Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunun və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” mövzusunda seminar keçirilib.
Muzeydə keçirilmiş seminarda tələbələrə Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə arxeoloji qazıntılar, sözügedən univerisitetin müəllimi Orxan Zamanov isə silahların yaranması, dövrlər üzrə inkişafı, tipoloji təsnifatı, funksionallığı və onların savaşda tətbiqi haqqında geniş məlumatlar veriblər.
Sonda tələbələr arxeoloji qazıntılar zamanı tapılmış bəzi silah nümunələri ilə əyani şəkildə tanış olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.