Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən muzeyin dəyərli eksponatlarının nümayiş olunduğu yeni ekspozisiyasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin l kurs tələbələrinə “Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” adlı açıq dərs keçirilib. İ.Sarıyeva Azərbaycan Cümhuriyyətinin iqtisadi, mədəni, hərbi və b. sahələrdə keçirdiyi islahatlar haqqında məlumat verib.
Dərs zamanı tələbələr mövzuya uyğun eksponatlarla əyani tanış olub və verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.