Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev "Qafqaz Albaniyası; etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr" adlı XI beynəlxalq konfransda "Qafqaz Albaniyasının antik dünya mədəniyyəti ilə formalaşan beynəlxalq münasibətləri" adlı mövzuda çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfrans tezisləri çap olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.