Vətən Müharibəsinin şəhidi mayor Vüsal Vəliyevə həsr olunmuş “Qisas – 44” (Bakı: “Savad”, 2022, 220 s., tərt. ed. Əpoş Vəliyev) adlı kitab şəhidin qardaşı f.ü.f.d. Əpoş Vəliyev (Elyar İslamoğlu) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib. Kitabda şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş məqalələr, şeirlər, poemalar, xatirələr, şəkillər yer alıb.
Şəhid mayor Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrdə təlimini uğurla başa vurub.
Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olaraq iştirak edib. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. 14 dekabrda Şərur şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Mayor Vüsal Vəliyev hərbi xidmət dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən mayor Vüsal Vəliyev ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.