Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdimetmə mərasimi keçirilib. Yubiley medalı Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli tərəfindən tanınmış mədəniyyət və incəsənət xadimlərinə təqdim edilib. Çıxış edən nazir Adil Kərimli yubiley medalını Prezidentin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və ehtiramın təzahürü olduğunu diqqətə çatdırıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.