Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin meneceri Kubra Dadaşovanın təşkilatçılığı ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) üzvləri üçün muzeyin yeni ekspozisiyasına infotur təşkil olunub. İnfotur zamanı 30-dan çox ATBA üzvü iştirak edib. Azərbaycanın ən qədim dövründən günümüzədək tarixini əks etdirən dəyərli artefaktlarla zənginləşdirilmiş, interaktiv masalar və 3D holoqramlarla təchiz olunmuş yeni ekspozisiya Assosiasiya üzvlərinin böyük marağına səbəb olub və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.