Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatlarla zənginləşdirilmiş ekspozisiyasında interaktiv və ustad dərslərinə start verilib. Dərsdə Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
“Uzaq keçmişin izi ilə- Azərbaycanda İbtidai İcma Cəmiyyəti” adlı interaktiv dərs muzeyin “İbtidai icma cəmiyyətlərinin yaranması. Daş dövrü” , “Tunc və erkən dəmir dövrləri” ekspozisiya zalında keçirilib.
Dərsin ikinci hissəsində şagirdlər üçün kvest formasında intellektual oyun təşkil olunub.
Daha sonra “Buta” ustad dərsində şagirdlərə buta formalı gips fiqurunun rənglənməsi qaydası öyrədilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.