Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə muzeyə yeni meteriallar hədiyyə edilib.
Materiallar arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verilməsi münasibətilə Sovet İttifaqı Kommunist Partiyasının Leninqrad Vilayət Partiya Komitəsinin katibi Qriqori Vasilyeviç Romanov tərəfindən ünvanlanmış teleqramın surəti, Rus İmperator Ordusunda yeganə müsəlman general-adyutant olmuş, Süvari alayının leyb-qvardiyasının komandiri Hüseyn Xan Naxçıvanskinin və İmperator ailəsinin üzvlərinin Süvari alayının leyb-qvardiyasının paradı zamanı (1909-cu il) çəkilmiş fotonun surəti, Peterburq Konservatoriyasının məzunu Üzeyir Hacıbəylinin şəxsi işinin surəti yer alır.
Qeyd edək ki, sözügedən materillar 3 aprel 2024-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəsmi görüş zamanı təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.