17 may 2024-cü il saat 19:00-da Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycanın Qarakilsə rayonunun Dəstəgird icması və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Dəstəgird icmasına həsr olunmuş “Baba yurdunun foto hekayəsi” adlı fotosərgi keçiriləcək. 1940-1988-ci illərə kimi olan dövrü əhatə edən sözügedən sərginin məqsədi Dəstəgird kəndinin Qərbi Azərbaycanda yüzdən cox kənd sakinlərinin həyat hekayəsini fotoqrafiya vasitəsi ilə ictimaiyyətin nəzərinə çatdırmaqdır.
Qeyd edək ki, sərginin kuratoru Sücəddin Hüseynov, məsləhətçisi muzeyin əməkdaşı Mirnaib Həsənoğludur.
Məkan: Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalı
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.