XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
17 May, 2024
Muzeyin əməkdaşı İstanbulda beynəlxalq konfransda məruzə edib

Milli Azərbaycan Tarixi Muzeyinin “Fondların uçotu və elmi təsnifatı” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindəki Yeditepe Universiteti və “İlteriş” Vəqfinin təşkilatçılığı ilə keçirilən “Dünya tarixində qıpçaqlar” Beynəlxalq simpoziumunda “Kafkasya ötesinde kıpçaklar: İldenizli Sikkelerinin Orta Çağ Kıpçak Para Tarihi Açısından Önemi” (Qafqazdan öncəki qıpçaqlar: orta əsrlərdə qıpçaq pul tarixi baxımından Eldənizli sikkələrinin önəmi) mövzusunda məruzə edib (türk dilində). Tədqiqatçı alim məruzəsində müasir numizmatik tədqiqatlara əsasən Azərbaycan atabəylərinin (Eldənizlər) sikkələrinin tarixi, təsnifatı, dövrün yerli pul təsərrüfatı və ticarət əlaqələri haqqında məlumat verib. Türkiyə, Rusiya, Kanada, Çexiya, Bolqarıstan, Tatarstan, Qazaxstan, Qırğızıstan, Özbəkistanın nüfuzlu alimlərinin iştirak etdiyi simpozium maraqlı müzakirələrlə davam edib. A.Məmmədova Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli nəşrlərini Yeditepe Universitetinin kitabxanasına hədiyyə edib. Simpozium məruzəçiləri sertifikata layiq görülüb.