XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Fevral, 2013
Görkəmli alim Mahmud Kərimov son mənzilə yola salındı

 

Fevralın 11-də respublikanın görkəmli elm xadimi, AMEA-nın prezidenti, akademik Mahmud Kərimovla vida mərasimi keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Akademik Mahmud Kərimovla vida mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak


etmişdir. Mərhumun cənazəsi önünə hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü. Akademik Mahmud Kərimovun həmkarları, dostları, tanınmış elm və mədəniyyət xadimləri görkəmli alimə son borclarını verirdilər. Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum I Fəxri Xiyabanda torpağa tapşırıldı. Şərəfli ömür yaşamış Mahmud Kərimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!