Milli Azərbaycan Tarixi Muzeyində "Arxeo" klubun təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 nömrəli texniki humanitar liseyinin şagirdlərinə “Azərbaycan ibtidai icma quruluşu dövründə” adlı məşğələ keçirilib.
Arxeo klubun rəhbəri, muzeyin əməkdaşı Esmira Rəhimova şagirdlərə klubun tarixi haqqında ətraflı məlumat verib. E.Rəhimova qeyd edib ki, “Arxeo” klubun yaradılmasında əsas məqsəd gənclərə milli-mənəvi dəyərlərimizi sevdirmək, onların arxeoloji irsimiz haqqında təsəvvürlərini zənginləşdirməkdir. Daha sonra Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə şagirdlərə “Azərbaycan ibtidai icma quruluşu dövründə” mövzusunda məruzə edib. N.Quluzadə məruzəsində Azıx, Tağlar, Damcılı, Çalağantəpə, Kültəpə, İsmayılbəytəpə və digər abidələrdən tapılmış maddi nümunələr haqqında ətraflı məlumat verib.
Sonda şagirdlərin sualları ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.