Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fonduna Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Cavid Həsənova aid şəxsi əşyalar (sənədlər, saç maşını, qolbağı, qeyd dəftəri və plastik val) daxil olub. Cavid Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə Bakının Nizami rayonunda V.Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Əsgər Cavid Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. C. Həsənov İkinci Fəxri Xiyabanda dəfn olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.