Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında növbəti interaktiv və ustad dərsi keçirilib. Xəzər rayonu 262 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak ilə keçirilən “Azərbaycan Səfəvilər dövləti” adlı interaktiv dərs iki hissədən - ekskursiya və intellektual oyundan ibarət olub.
Dərsin birinci hissəsində İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı Səfəvilər dövləti haqqında ətraflı məlumat verib. Şagirdlər muzeyin yeni ekspoziyasının Səfəvi dövrünə həsr olunmuş zalında nümayiş olunan eksponatlarla əyani tanış olub.
Dərsin ikinci hissəsində isə kvest formalı oyun keçirilib.
Daha sonra “Buta” ustad dərsində şagirdlərə buta formalı gips fiqurunun rənglənməsi qaydası öyrədilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.