Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, həmin universitetin ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olmuş, şərqşünas-alim, akademik Vasim Məmmədəli oğlu Məmmədəliyevin şəxsi əşyaları (təltiflər, diplom, Fəxri Fərman, əl yazısı, vizit kart, canamaz, eynək, papaq, şərf, gümüş təsbeh, saat, ətir, qələm, fotoşəkilləri və s.) daxil olub.
Qeyd edək ki, Vasim Məmmədəliyevin şəxsi əşyaları qızı Sunay Məmmədəliyeva tərəfindən muzeyə hədiyyə edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.