Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin kiçik elmi işçisi, doktorant İlahə Sarıyeva Bakı Avrasiya Universitetində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadə: dil, ədəbiyyat və tarix məsələləri” respublika simpoziumunda iştirak edib. İ.Sarıyeva simpoziumda “Məhəmməd Əmin Rəsulzadə ana dilinin qoruyucusu kimi” adlı mövzuda çıxış edib.
Sonda İ.Sarıyeva sertifikatla təltif olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.