Milli Azərbaycan Tarixi Muzeyinin Fondların uçotu və elmi təsnifatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d Aygün Məmmədova Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Qlobal çağırışlar və perspektivlər“ adlı Respublika elmi- praktik konfransında “Azərbaycan numizmatikasının unikal faktları: Naxçıvan sikkələri” adlı mövzuda məruzə edib. A.Məmmədova məruzəsində VI – XVIII əsrlərdə Naxçıvanda qiymətli metallardan zərb edilən sikkələrin nominalları, aşkarlanma yerləri, tədqiqi haqqında ətraflı məlumat verib.
Sonda Aygün Məmmədova sertifikatla təltif olunub.
Konfrans materiallarının nəşri nəzərdə tutulur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.