Azərbaycan Respublikasının Daxili Qoşunlarının çavuşu, Vətən Müharibəsinin şəhidi Rauf Süleymanovun doğum günündən 37 il ötür. R.Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində neftçi ailəsində dünyaya gəlib.
2007-ci ildə Azərbaycan Respublikasının Daxili Qoşunlarında, sonra Xüsusi Təyinatlı Dəstədə müddətdənkənar maxe-snayperçi olaraq xidmət edib. Daha sonra çavuş, baş çavuş, 2020-ci ildə isə baş gizir vəzifəsinə təyin edilib.
2020-ci ildə Vətən Müharibəsi başlayan zaman döyüşə yollanıb və oktyabr ayının 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, şəhid Rauf Süleymanovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.