Milli Azərbaycan Tarixi Muzeyi Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı ilə birgə muzeydə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.f.d, Fərhad Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov 28 May- Müstəqillik Günü ilə əlaqədar çıxış edərək, Azərbaycan Cümhuriyyətinin çətin və şərəfli yollar keçərək qurulduğunu, bu əlamətdar günün hər bir azərbaycanlı üçün qürurverici olduğunu qeyd ediblər. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlətimizin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti ilə inkişaf etdiyini vurğulayıblar.
Sonda qonaqlar muzeyin yeni ekspozisiyasının Azərbaycan Cümhuriyyəti dövrünə həsr olunmuş zalında nümayiş olunan eksponatlar ilə tanış olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.