Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva Moldova Respublikası, Qaqauziyanın paytaxtı Komrat şəhərində Komrat Dövlət Universitetində keçirilən “XVIII Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirası Qoruma Simpozyumu (Sənət Ənənələri) “ adlı beynəlxalq elmi konfransda iştirak edib. Konfransda H.Əliyeva “Azərbaycanda Türk-İslam mədəniyyətinin izlərini silən erməni vandalizmin nəticələri” adlı məruzə ilə çıxış edib(fotoslaydın müşayiəti).
Məruzədə erməni işğalından azad olan Qarabağ və Şərqi Zəngəzur bölgəsində türk- islam abidələrinə aid kitabələrin epiqrafik cəhətdən öyrənilməsi, türbə və məscidlərin tarixi, memarlıq üslubu, epiqarfik yazı nümunələri, bədii tərtibatı və dini əhəmiyyəti barədə ətraflı məlumat verib.
Eyni zamanda H.Əliyeva Komrat Radio Televiziya şirkətində “Gagauziya Gün Gündän” adlı verilişdə sözügedən konfransın məqsədi, nəticələri, həmçinin Azərbaycan və Moldova tarixi və mədəni əlaqələri barədə müsahibə verib.