Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına əsaslanaraq Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Güllərin söhbəti” adlı tədbir keçirilib.
Tədbirdə 132-134 №li təhsil kompleksinin 8-ci sinif şagirdi, “Uni Kids Club”un üzvü Musayeva Aylin tədbirin aparıcısı qismində çıxış edib.
Konsertdə uşaqlar üçün müxtəlif videoçarxlar, “Həyat” rəqs qrupunun üzvü İbrahimova Fatimənin ifasında “Ağ çiçəyim” rəqsi, həmin qrupun üzvlərinin ifasında “Lalələr” rəqsi, Abdullazadə Selcan və Süleymanova Nərminin ifasında “İki gözəl gülün - Xarıbülbül və Qızılgülün söhbəti” kompozisiyası, “Bloomy School”un şagirdi Hüseynova Nilayın ifasında “Xarıbülbül” rəqsi nümayiş olunub, “Uni Kids Club”un üzvlərinin ifasında isə güllərə həsr olunan şeirlər səsləndirilib.
Qeyd edək ki, tədbirin bədii rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədlidir.
Sonda “Uni Kids Club”un üzvləri tərəfindən çəkilən, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş rəsmlərdən ibarət sərgiyə baxış keçirilib və muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən iştirakçılara sertifikat təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.