Milli Azərbaycan Tarixi Muzeyində "Arxeo" klubun təşkilatçılığı ilə Azərbaycan Universitetinin 4-cü kurs tələbələrinə “Gilin alovla rəqsi: keçmişdən orta əsrlərə keramika” adlı elmi-praktiki seminar keçirilib.
Seminarda Arxeologiya elmi fond şöbəsinin əməkdaşları- kiçik elmi işçi Aslan Qasımov və Mircavid Ağalarov keramikanın yaranması tarixi, istehsal texnologiyaları, naxışlanma metodları haqqında ətraflı məlumat veriblər.
Seminar maraqla qarşılanıb və tələbələrin sualları ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.