Azərbaycan Milli İncəsənət Muzeyində 9 İyun - Beynəlxalq Arxivlər Gününə həsr olunmuş "İdarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili" adlı mövzuda seminar keçirilib. Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun mütəxəssisi Gülnar Fərhadova "Milli Azərbaycan Tarixi Muzeyində arxiv işinin təşkili və fəaliyyətinə dair" mövzusunda məruzə ilə çıxış edib.
Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.