Bu gün, 15 iyun Azərbaycan xalqının milli birliyini, dövlətçilik iradəsini və müstəqillik yolunda qətiyyətini simvollaşdıran Milli Qurtuluş Günüdür.
1993-cü ilin iyun ayında Azərbaycan ciddi siyasi və iqtisadi böhran içərisində idi. I Qarabağ Müharibəsi nəticəsində ölkə ağır itkilər vermiş, daxili siyasi münaqişələr və iqtisadi problemlər böhranı dərinləşdirmişdi. Bu çətin şəraitdə, xalqın istəyi ilə Ulu öndər Heydər Əliyev Bakıya qayıtdı və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Onun rəhbərliyi altında ölkədə siyasi sabitlik bərpa olundu, iqtisadiyyat yenidən quruldu və dövlətçiliyin əsasları möhkəmləndirildi.
1997-ci ildə parlamentin qəbul etdiyi qərara əsasən 15 iyun ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında nümayiş olunan Ümumilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrünü əks etdirən dəyərli eksponatları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.