Milli Azərbaycan Tarixi Muzeyində Qurban bayramı münasibətilə xeyriyyə tədbiri - "Buta" adlı ustad dərsi keçirilib. Tədbir “Ümid yeri” uşaq sığınacağında məskunlaşan, valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirmək və onlara dəstək olmaq məqsədini daşıyıb. Ustad dərsində uşaqlara buta formalı gips fiqurlarını rəngləmək qaydası öyrədilib. Bundan əlavə, şagirdlər müxtəlif intellektual-əyləncəli oyunlarda iştirak edib və pazllar qurublar.
Tədbirin sonunda uşaqlar muzeyin yeni və unikal eksponatlarla zənginləşdirilmiş ekspozisiyasını ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.