Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri, tərcüməçisi və hərbi qulluqçusu Abbasqulu Ağa Bakıxanov 21 iyun 1794-cü ildə anadan olub. XIX əsr Azərbaycan maarifçisi "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyub. “Qanuni-Qüdsi” əsəri isə A.Bakıxanovun fars dilinin qrammatikasına aid yazdığı birinci elmi əsəridir (rus dilinə özü tərcümə edib). Onun elmi və ədəbi irsi Azərbaycan mədəniyyətinin, tarixinin inkişafında mühüm rol oynayıb. A.Bakıxanovun əsərləri və elmi araşdırmaları bu gün də böyük əhəmiyyət kəsb edir. Həmçinin, A.Bakıxanov "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olub. A.Bakıxanov həm də ictimai xadim kimi fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə Rusiya İmperiyasının bir sıra vəzifələrində çalışıb və müəyyən bölgələrdə ictimai işlərdə iştirak edib. A.Bakıxanov 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak edib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının “Nadir kitablar” fondunda Abbasqulu Ağa Bakıxanova aid dəyərli materiallar qorunur. Həmin nümunələrdən Abbasqulu ağa Bakıxanovun “Qanuni-Qüdsi” (Краткая грамматика персидского языка), “Gülüstani-İrəm” və A.Bakıvanov adına ədəbi mükafatın laureatı Həsən Cəbrayılovun 2016-ci ildə nəşr etdiyi “Abbasqulu ağa Bakıxanov baxış müstəvisində” adlı kitabları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.