Muzeydə "İnsan Hüquqları Aylığı" çərçivəsində uşaqlar üçün “İnsan hüquqları uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbirdə “Ümid yeri” uşaq sığınacağında məskunlaşan valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak edib. Uşaqlara Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi istiqamətində dövlətin rolundan danışılıb. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. Həmçinin, uşaqlara insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar haqqında iştirakçılara məlumat verilib. Sonra uşaqlar üçün mövzuya uyğun müxtəlif intellektual oyunlar təşkil olunub.
Sonda uşaqların iştirakı ilə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının əsasında hazırlanan plakatların nümayiş olunduğu sosial çarx təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.