Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimii şöbəsinin müdiri, tarix elmləri doktoru Nərgiz Əliyevanın “İslam ölkələri ilə Azərbaycan arasında mədəni bağlar” adlı müsahibəsi “Səqafə” jurnalının sonuncu sayında dərc edilib.
Müsahibədə tədqiqatçı alim N.Əliyevanın həyat və elmi fəaliyyətindən və müəllifi olduğu əsərlərdən bəhs edilir. Prof. Həssan Şəhidin ünvanladığı maraqlı sualları cavablandıran Nərgiz Əliyeva əsas tədqiqat obyekti olan Azərbaycanla ərəb dünyası arasında tarixi əlaqələr, xalqımızın islam mədəniyyətinin zənginləşməsinə verdiyi töhfələr, orta əsrlər islam dünyasının elm və mədəniyyət mərkəzləri ilə Azərbaycan alimlərinin əlaqələri barədə məlumat verib. Həmçinin, N.Əliyeva müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin zəngin eksponatları barədə danışıb, qədim və islam irsinə aid mədəni və tarixi nümunələrin qorunub saxlanılmasında muzeyin rolunu qeyd edib.