1918-ci ildə Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Milli Ordu bu günə qədər ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən isə Milli Ordunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilib. Bu gün, 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ölkə miqyasında qeyd edilir.
Qeyd edək ki , Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının Azərbaycan Cümhuriyyəti dövrünü əks etdirən zalında hərbi geyimlər və silah-sursat nümayiş olunur. O cümlədən, muzeyin Vətən Müharibəsi fondunda şəhidlərimizin, qazilərimizin Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi geyim nümunələri qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.