Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsi və “Sübhnur”Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Canım Azərbaycanım!” adlı tədbir keçirilib. Tədbirdə hərbçilər, qazilər, ictimai xadimlər və muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Aynur Babayeva Azərbaycan Cümhuriyyəti, Milli Ordunun yaranması haqqında məlumat verib.
Sonra muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov , Sübhnur” Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova,t.ü,f.d, Azərbaycan mədəniyyət işçisi İradə Əlilli, qazilərimiz – Rüxsarə Cumayeva, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini Ramin Şirinov, Füzuli Hüseynov, Eldəniz Muradov, Kənan Quliyev və Səbuhi Əliyev öz çıxışlarında bildiriblər ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan hərb tarixinin təbliği və tədqiqində uşaqların, gənclərin vətənpərvərlik ruhunda yetişməsində, Azərbaycan tarixinin öyrənilməsində mühüm rol oynayır.
Tədbirin bədii hissəsində uşaqlar vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Sonra gənc muğam ifaçıları- Mələk Məmmədova və Mirsahil Məmmədlinin ifasında musiqi nömrələri dinlənilib. Tədbirdə həmçinin 3 nömrəli Respublika Xüsusi İnternat məktəbinin sağlamlıq imkanları məhdud uşaqları çıxış ediblər.
Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.