2017-ci il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayon Alxanlı yaşayış məntəqəsinin əhalisi atəşə tutulub. Düşmənin istifadə etdiyi qumbaraatan mərmisinin partlaması nəticəsində 7 yaşlı Quliyeva Zəhra və nənəsi Allahverdiyeva Sahibə həlak olublar.
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının Zəfər zalında faciə zamanı düşmən tərəfindən istifadə olunan sözügedən mərminin qalığını və həlak olanların fotoşəklini təqdim edirik.
Xatırladaq ki, azyaşlı Zəhranın faciəvi ölümü beynəlxalq səviyyədə geniş diqqət çəkdi və mülki əhali arasında yaşanan itkilərin simvoluna çevrildi. Zəhra Quliyeva Azərbaycan xalqının yaddaşında və tarixində əbədi olaraq qalacaqdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.